Bank Of Baku

Sənətşünas alim İnqilab Kərimovun 80 illik yubileyi keçirilib - FOTO

Sənətşünas alim İnqilab Kərimovun 80 illik yubileyi keçirilib - <font color=red>FOTO</font>
# 20 aprel 2011 13:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr Tədris mərkəzində Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru, professor İnqilab Kərimovun 80 illik yubileyi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ADMİU-nun rektoru Timurçin Əfəndiyev Azərbaycan teatr tarixinin inkişafında İ. Kərimovun xüsusi rolunun olduğunu bildirib. T. Əfəndiyev qeyd edib ki, yubilyar həyatının 50 ilini Mədəniyyət və İncəsənət Universitetinə sərf edib, onun layiqli teatr kadrlarının yetişdirilməsində əvəzsiz xidmətləri var: “Bununla yanaşı, İnqilab Kərimovun bu sahədə gördüyü xidmətlər hesabına Azərbaycanda teatrşünaslıq elmi daha da inkişaf edib. İnqilab Kərimov bir çox kitabların müəllifidir və o kitablar bu gün çox dəyərlidir”.

ADMİU-nun rektoru Timurçin Əfəndiyevin çıxışının ardından yubilyara rektorun adından diplom təqdim edilib. Daha sonra isə İnqilab Kərimovun həyat və yaradıcılığından bəhs edən qısametrajlı film nümayiş etdirilib. Tədbirin davamında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti, Akademik Milli Dram Teatrının aktyorları yubilyarı təbrik ediblər.
Qeyd edək ki, yubiley tədbirində xalq artistləri Amaliya Pənahova, Azərpaşa Nemətov və bir sıra mədəniyyət xadimləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR