Bank Of Baku

Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib
# 21 aprel 2011 16:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

APA-nın məlumatına görə, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Sergey Raxmaninovun əsərləri ifa olunub.

Orkestrə Elşad Bağırov dirijorluq idarə edib. Solist qismində isə Bakı Musiqi Akademiyasının prorektoru pianoçu Yeganə Axundova çıxış edib.

BMA-nın 90 illik yubileyi silsilə tədbirlərlə qeyd olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR