Məryəm Əlizadə: “Bədii Şuranın heç bir vaxt rol bölgüsünü aparmaq səlahiyyəti olmayıb” – MÜSAHİBƏ
- Məryəm xanım, bir müddət əvvəl ayağınızdan cərrahiyyə əməliyyatı olunmusunuz. İndi özünüzü necə hiss edirsiniz?
- Uzun müddətdir damar genişlənməsindən əziyyət çəkirdim və əməliyyat da bununla bağlı idi. Əməliyyatdan sonra bir neçə gün xəstəxanada qaldım və hazırda müalicəm ev şəraitində davam edir. Əsasən uzanıram, ayaqüstə çox dayanmağa icazə verilmir. Hələ bir müddət də evdə olacağam və sonra iş başına qayıdacağam.
- Akademik Milli Dram Teatrında yaradılan Bədii Şurada Siz də təmsil olunursunuz...
- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bədii Şuranın fəaliyyəti adət etdiyimiz kimi olmayacaq. Əvvəlki kimi olmaq o deməkdir ki, heç nə olmayacaq. Gərək biz bir az yeniliyi qəbul edək. Zaman dəyişir, Azərbaycanın bir nömrəli teatrı zamandan qopmuş vəziyyətdə qalıb. Bu gün artıq teatrımız bütün dünyada gedən teatr prosesinə qoşulmalıdır. Ölkə başçısının bununla bağlı sərəncamı da var ki, Azərbaycan teatrı dünya teatr məkanına inteqrasiya etməlidir. Amma gəlin görək gedirmi bu inteqrasiya prosesi? Teatra yeni təyin olunmuş direktor həmin bu inteqrasiyaya gedən yola doğru gedir. O istəyir ki, Azərbaycan teatrının dünyada bir balaca yeri olsun. Gedin, görün harada Azərbaycan teatrının adını çəksəniz, teatrı tanıyan birinə rast gələcəksinizmi? Oturmuşuq burada, hər şey elə məhəlli, qapalı xarakter daşıyır və bizə elə gəlir ki, bizdən böyüyü yoxdur. Sözsüz ki, yaxşı ənənəni yaşatmaq lazımdır. Dünyanın bir çox teatrlarında bu gün Bədii Şura yoxdur, amma Rusiyanın, Moskvanın, Sankt-Peterburqun bəzi teatrlarında Bədii Şura bu gün də var.
- Bədii Şuranın iş üsulu hansı formada qurulacaq?
- Çoxsaylı Bədii Şura artıq aradan qalxıb. Bu gün Bədii Şuranın üzvlərinin sayı azdır. Bədii Şuranın sədri, teatrın rəhbəri İsrafil İsrafilov, üzvləri isə teatrın ədəbi hissə müdiri Atababa Hacıbabayev, teatrın baş rəssamı Nazim Bəykişiyev, Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorunun müdiri Naidə İsmayılzadə, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, bəstəkar Siyavuş Kərimi və mənəm. Bizim hər birimizin məqsədi bu teatrı həm dövlətin, həm xalqın, həm də sənətkarların mənafeyi naminə düzgün yola salmaqdır.
- Onu da eşitmişik ki, teatrdakı tamaşalar Bədii Şuranın razılığı əsasında hazırlanacaq?
- Tamaşaların Bədii Şuranın icazəsi ilə hazırlanmasında təəccüblü heç bir şey yoxdur. Bəli, tamaşaların hazırlanmasında Bədii Şura öz rəyini irəli sürəcək. Təklif olunan əsər Bədii Şuranın hər bir üzvünə veriləcək və oxuyub fikrimizi deyəcəyik. Eyni zamanda tamaşa hazırlananda geib fikrimizi bəyan edəcəyik. Bizim də xoşbəxt anlarımız o zaman olur, axı həyatımızı bu sənətə həsr etmişik. “Teatr ölüb” və ya “tamaşaçı gəlmir” kimi fikirlərə, söhbətlərə son qoymaq lazımdır. Gəlsinlər baxsınlar ki, tamaşaçı necə bilet alıb teatra gəlir. Teatr niyə ölür ki? İnsandır görürsən xəstələnib və sonra sağalır. Bu da canlı bir orqanizmdir. Ümumiyyətlə, teatr adamları niyə bu sözü yayır ki, teatr ölüb? Bu nə sözdür axı belə?! Teatr ölübsə, sən deməli su içdiyin quyuya tüpürürsən. Teatr ölübsə, o zaman sən kimsən? İnsan hansı quyudan su içirsə, ona hörmət etməlidir.
- Məryəm xanım, əgər Bədii Şura üzvlərinin bir qismi razı, digər yarısı isə narazı olsa, o zaman qərar necə veriləcək? Bu təqdirdə şura sədrinin fikri əsas götürəcək?
- Heç yerdə sədr təkbaşına heç nəyi həll eləmir. Hər şey kollegial həll olunacaq. Sədr özü də teatr işini çox dərindən bilən bir adamdır, sədr o teatrda böyüyüb, indi bilmirəm niyə İsrafil İsrafilov haqqında nağıllar, uydurmalar danışılır. Teatrın bugünkü rəhbəri Akademik Milli Dram Teatrında, Tofiq Kazımovun yanında böyüyüb. İsrafil müəllim teatr sahəsinin bilicisidir, görkəmli teatrşünas alim-professordur. O məgər yad adamdır ki, gəlib orada oturub? Teatrdakı insanlar anlamalıdırlar ki, direktor aktyorların, rejissorların işləməsi üçün lazım olan şəraitin yaradılması uğrunda çalışır. O istəyir ki, bizim teatr bu çərçivədən çıxsın, getsin və özünü Avropada göstərsin. Bu vaxta kimi Avropaya gediş olub, ancaq passiv gediş olub. Milli Dram Teatrında istedadlı adamlar çoxdur. Bədii Şura üzvləri gündəlik olaarq teatra gedib gəlməyəcək, ancaq lazım olan vaxtlarda teatra gedəcəyik.
- Bədii Şuranın səlahiyyətlərini bilmək istərdik. Tamaşalarda rol bölgüsü də Bədii Şura üzvləri tərəfindən aparılacaq?
- Bədii Şuranın heç bir vaxt rol bölgüsünü aparmaq səlahiyyəti olmayıb. Bu gün Bədii Şurada təmsil olunan insanlar çox müasir düşüncəyə sahibdirlər, teatr işini də dərindən bilirlər. Rol bölgüsünü teatrda yalnız və yalnız rejissor apara bilər. Ordan-burdan eşidirəm ki, müsahibələrdə bildirirlər ki, guya İsrafil müəllim rol bölür, kimlərəsə rol verir, guya müəyyən tamaşaların qurulmasında iştirak edir. Bunların hamısı yalan bir iftiradir. Bir və ya iki nəfərdən başqa kim təsdiqləyə bilər bunu? Tamaşa elə bir-iki nəfərlə hazırlanmır ki? Bir tamaşanın hazırlanmasında nə qədər insan iştirak edir. Bu, ortalığa atılmış nadan bir fikirdir. Bu gün o truppanın 80 faizi çox dəyərli sənətkarlardır. 20 faiz də məcburdur ki, onlara qoşulsun. Bu gün teatrın işıqlı dünyaya keçməsi üçün yollar axtarılır. Görün necə müqavilələr bağlanılır, necə böyük sənətkarlarla əməkdaşlıq nəzərdə tutulur. O ağzıgöyçəklər gəlib qaldırsınlar, görsünlər İsrafil İsrafilov ora gəldiyi gündən nə cür bir möhtəşəm, nəhəng işlərin arxasına düşüb, onları görməklə məşğuldur. Uşağın birdən-birə bir yaşı olmur ki, yavaş-yavaş böyüyür də... Teatrda da bu gün təbii bir proses gedir və bu söz-söhbəti ortaya atanlar teatrın irəliyə getməsini istəməyənlərdir. İşsiz adamın həyatı bulanıq suda çox rahat olur, işləyən adamlara mane olurlar. Bədii Şuranın funksiyaları maddə-maddə müəyyənləşib. Kimin ixtiyarı var ki, o maddələri pozsun? Qanunlar var axı... Axı hər şey ağzıgöyçəklərin danışdığı kimi deyil. İndi bu sahənin yiyələri var və o yiyələr icazə verməyəcəklər ki, işləməyən adamlar burada pis abı-hava yarada bilsinlər. Ağılları varsa quruculuq, yaradıcılıq prosesinə qoşulsunlar və onlar da həmin adamlardan biri olsunlar.
- Bədii Şuranın səlahiyyətləri hansı qurum tərəfindən müəyyənləşdirilib? Sizcə, Bədii Şuranın fəaliyyəti teatrda yaranan söz-söhbətə son qoya biləcəkmi?
- Şuranın bütün səlahiyyətlərini Mədəniyyət və Turizm Nazirliyi təsdiq edib. Kim o Bədii Şuraya üzv olmaq istəyirsə, mən öz yerimi verirəm ona. Bu tam səmimiyyətlə bəyan edirəm. Kim istəyirsə, kim buna can atırsa, gedim ərizə yazım və yerimi verirəm ona. Bədii Şura niyə onları maraqlandırır belə? Yaradıcılıq olandan sonra bu, Bədii Şuranın fəxri, sevincidir. Aktyor, rejissor işləmirsə Bədii Şura neyləyə bilər? Dövlət başçısı, möhtərəm İlham Əliyev cənabları, hörmətli nazirimiz Əbülfəs Qarayev görün son beş ildə necə işlər görüblər. Bu işlər hədər getməlidir? Bəs o boyda pul tökülüb teatrların təmirinə, avadanlıqların alınmasına... Bunlar elə-belə hədər getməlidir ki kimsə işləmək əvəzinə, ara qarışdırmaq istəyir? Mən çağırıram onları gəlsinlər, qoşulsunlar yaradıcılıq prosesinə. Onlar hamısı bizim əzizlərimizdir. Teatrda cəbhələşmə yarada bilməzlər, bunun üçün əsas yoxdur. Gəlsinlər işləsinlər, çıxsınlar öz sözlərini səhnədə desinlər.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 237 nəfər xilas edilib, 7 nəfər ölüb- YENİLƏNİB-4
Aİ mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı qanun layihəsi hazırlayır
BDYPI leysan yağışlarla əlaqədar hərəkət iştirakçılarına çağırış edib
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır