Bank Of Baku

Rusiyanın əməkdar artisti Bakıda ustad dərsləri keçəcək

Rusiyanın əməkdar artisti Bakıda ustad dərsləri keçəcək
# 28 aprel 2011 09:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Moskva Dövlət Konservatoriyasının professoru, Rusiyanın əməkdar artisti Mixail Aronoviç Qotsdiner Bakıya dəvət olunub. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tanınmış musiqiçinin Azərbaycana dəvət olunmasında məqsəd uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün skripka ixtisası üzrə ustad siniflərinin keçirilməsidir. Mixail Aronoviç Qotsdinerin ustad dərsləri 28-30 aprel və 2 may tarixlərində Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi Məktəbində təşkil olunacaq.
Məlumatda bildirilib ki, respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilin keyfiyyətinin artırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq sahə üzrə tanınmış mütəxəssislərin, təcrübəli müəllimlərin iştirakı ilə ustad dərsləri təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR