Bank Of Baku

Azərbaycanın Kukla Teatrı Mərakeşdə keçirilən Beynəlxalq Teatr Festivalında birincilik qazanıb

Azərbaycanın Kukla Teatrı Mərakeşdə keçirilən Beynəlxalq Teatr Festivalında birincilik qazanıb
# 28 aprel 2011 13:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mərakeş Krallığının Taza şəhərində keçirilən XII Beynəlxalq Teatr Festivalı başa çatıb. Festivala Asiya, Avropa, Afrika və Amerika qitələrindən 11 uşaq teatrı qatılıb. Azərbaycan isə festivalda Abdulla Şaiq adına Dövlət Kukla Teatrı tərəfindən təmsil olunub. APA-nın məlumatına görə, teatrın truppası festivalda Nizami Gəncəvinin “Xeyir və Şər” tamaşası ilə çıxış edib. Böyük maraqla qarşılanan bu tamaşaya görə Kukla Teatrı festivalda birinci yeri qazanıb. Teatr diplom və pul mükafatı ilə təltif olunub.
Festivalda II yerə Mərakeş, III yerə isə İraq uşaq teatrları layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR