Bank Of Baku

Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Tiflis və Həştərxanda çıxış edəcək

Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Tiflis və Həştərxanda çıxış edəcək
# 29 aprel 2011 13:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı yeni qastrol səfərlərinə hazırlaşır. APA-nın məlumatına görə, teatrın qastrollarından biri Gürcüstana olacaq. Kollektiv mayın 25-i və 26-da A. Qriboyedov adına Tiflis Dövlət Akademik Rus Dram Teatrının səhnəsində çıxış edəcək. Tiflis səhnəsində Mixail Zadornovun “Ər almaq istəyirəm” tamaşası nümayiş olunacaq.

Rus Dram Teatrının növbəti səfəri isə Həştərxana nəzərdə tutulur. Kollektiv 4-5 iyun tarixlərində Rusiyanın Həştərxan Dram Teatrında yenə də “Ər almaq istəyirəm” tamaşası ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR