Bank Of Baku

Gəncə Dövlət Dram Teatrının kollektivi Türkiyədə çıxış edəcək

Gəncə Dövlət Dram Teatrının kollektivi Türkiyədə çıxış edəcək
# 04 may 2011 14:17 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə Dövlət Dram Teatrının kollektivi mayın 8-9-da Türkiyənin Giresun şəhərində təşkil ediləcək “Teatrlar festivalı”na qatılacaq. Gəncə Dövlət Dram Teatrından APA-nın Qərb bürosuna verilən məlumata görə, teatrın kollektivi festivalda türk yazarı Tuncer Cudenoğlunun “Gözəlçələr” əsərini səhnələşdirəcək. Novruz Cəfərovun quruluş verdiyi tamaşada rolları xalq artisti Pərvanə Qasımova, əməkdar artist Ramiz Vəliyev, aktyorlar Yusif Cəfərov, Salam İsmayılov, Arif Cəfərov, Çinarə İsmayılova və digər aktyorlar ifa edəcəklər.
Qeyd edək ki, festivala Azərbaycanla yanaşı, Rusiya və digər MDB dövlətlərinin teatrları da qatılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR