Bank Of Baku

ABŞ-ın iri şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

ABŞ-ın iri şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
# 05 may 2011 10:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Mayın 7-8-də ABŞ-ın Hyuston şəhərində İpək Yoluna həsr olunmuş Hyuston Beynəlxalq Festivalı keçiriləcək. Festival çərçivəsində təşkil olunacaq tədbirlərdə İpək Yolu ölkələrindən və Hyustonla qardaşlaşmış şəhərlərdən nümayəndələrlə yanaşı, Azərbaycanın nümayəndə heyətinin iştirakı da nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, konsert proqramından sonra Hyuston və Bakı şəhərlərinin qardaşlaşmasının 35 illiyi ilə əlaqədar xüsusi proqramın təşkil edilməsi də planlaşdırılır. Mayın 10-14-də Los Anceles, mayın 14-17-də San-Fransisko və mayın 17-20-də Vaşinqton şəhərlərində Mədəniyyət və Turizm Nazirliyinin mədəni proqramlarının təşkil olunması nəzərdə tutulub. Mədəniyyət günlərində təşkil olunacaq konsert proqramlarının birinci hissəsində “Emil Əfrasiyab və onun dostları” caz qrupunun ifasında caz, estrada və xalq mahnılarından ibarət kompozisiya, ikinci hissəsində isə Dövlət Rəqs Ansamblının ifasında müxtəlif rəqslər və muğam ustalarının ifasında çıxışlar nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR