Bank Of Baku

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Türkiyədə keçiriləcək opera festivalında çıxış edəcək - FOTO

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Türkiyədə keçiriləcək opera festivalında çıxış edəcək - <font color=red>FOTO</font>
# 05 may 2011 11:18 (UTC +04:00)
Bakı-APA. Türkdilli dövlətlərin beynəlxalq mədəniyyət təşkilatı – TÜRKSOY-un xətti ilə hər il Türkiyədə Beynəlxalq opera sənəti festivalı keçirilir. Bu il “TÜRKSOY-un opera günləri” 13-cü dəfə keçiriləcək və iyunun 19-dan 29-dək olan müddətdə Türkiyənin Mersin və İstanbul, Şimali Kiprin Girnə şəhərlərində baş tutacaq. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festivalda Azərbaycan opera sənətini teatrın gənc solisti İlahə Əfəndiyeva təmsil edəcək.
İ. Əfəndiyeva 2005-ci ildən teatrın solistidir. Bir sıra beynəlxalq vokal müsabiqələri və festivalların iştirakçısı olub. Mədəniyyət və Turizm Nazirliyi xətti ilə Moskvada Qalina Vişnevskaya adına Opera mərkəzində ixtisasartırma kurslarını bitirib. Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Nigar, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Gülzar və s. partiyaları ifa edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR