Bank Of Baku

Lənkəran teatrı Türkiyədə beynəlxalq teatr festivalına iştirak edəcək

Lənkəran teatrı Türkiyədə beynəlxalq teatr festivalına iştirak edəcək
# 07 may 2011 16:24 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası beynəlxalq teatr festivalında iştirak etmək üçün Türkiyənin Dənizli şəhərinə yola düşüb.

Teatrın direktoru İslam Həsənovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən bu nüfuzlu sənət yarışmasına Türkiyənin dövlət və özəl teatr kollektivləri ilə yanaşı müxtəlif xarici ölkələrdən gələn kollektivlər də qatılacaq.

Mayın 9-dan 15-dək keçiriləcək festivalda Lənkəran teatrı Qriqori Qorinin «Herostratı unudun!» tamaşası ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR