Bank Of Baku

Opera və Balet Teatrında “Traviata” operası nümayiş olunacaq

Opera və Balet Teatrında “Traviata” operası nümayiş olunacaq
# 10 may 2011 11:33 (UTC +04:00)
Bakı. Sevil Valehova – APA. Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanı idarə etmək üçün məşhur italyan dirijoru Canluka Marçiano teatra dəvət edilib.
Tamaşada Aidə partiyasında ilk dəfə olaraq teatrın gənc solisti Çinarə Şirin debüt edəcək. Radames rolunu Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrının solisti Teymuraz Quluşvili, əsas partiyalardan biri Amneris rolunu isə əmək artist Fidan Hacıyeva ifa edəcək.

Tamaşada, həmçinin Opera və Balet Teatrının aparıcı solistləri, əməkdar artistlər Əli Ələsgərov, Əvəz Abdullayev və Əkrəm Poladov da çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR