Bank Of Baku

Azərbaycanın “Eurovision 2011” müsabiqəsində qələbəsi Gürcüstanda qeyd olunub - FOTO

Azərbaycanın “Eurovision 2011” müsabiqəsində qələbəsi Gürcüstanda qeyd olunub - <font color=red>FOTO</font>
# 16 may 2011 07:21 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə, eyni zamanda paytaxt Tiflisdə Azərbaycan nümayəndələrinin “Eurovision 2011” müsabiqəsində qələbəsi münasibətilə müxtəlif tədbirlər keçirilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ilk tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Tiflis Palas” mehmanxanasında baş tutub. Tədbiri açan səfirliyin müşaviri Şövqi Mehdizadə “Eurovision 2011” müsabiqəsində Azərbaycanın qələbəsinin Gürcüstanda da sevinc hissi ilə qeyd olunduğunu bildirib.
Tədbirdə Gürcüstanın xalq artisti Eter Qakuliya, parlamentin deputatı Azər Süleymaov, parlamentin keçmiş deputatları Hidayət Hüseynov, Ramiz Bəkirov və başqaları çıxış ediblər.
Gürcüstanın xalq artisti Eter Qakuliya APA-ya açıqlamasında bu möhtəşəm qələbəyə bütün Gürcüstanın sevindiyini deyib: “Biz böyük dostlarıq. Azərbaycanlılar və gürcülər tarixən dost olublar və bu dostluq indi də davam edir. Mən həmişə Bakıya səfər etməyi arzulamışam. “Eurovision 2011” müsabiqəsində iki azərbaycanlı gəncin sevindirici qələbəsi mənim Bakıya gəlməyimi tezləşdirəcək. Mən bu qələbə münasibəti ilə Bakıda konsert vermək istəyirəm. Biz bu layihəmizlə öz sevincimizi sizə bildirmək istəyirik”.
Tədbirdə Tiflisdə fəaliyyət göstərən “Ceyran” folklor rəqs ansamblının üzvləri gürcü və Azərbaycan rəqslərini nümayiş etdiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR