Bank Of Baku

Azərbaycan Dövlət Rəqs Ansamblının kollektivi və “Emil Əfrasiyab və dostları” etno-caz qrupu ABŞ-da çıxış ediblər – FOTO

Azərbaycan Dövlət Rəqs Ansamblının kollektivi və “Emil Əfrasiyab və dostları” etno-caz qrupu ABŞ-da çıxış ediblər – <font color=red>FOTO </font>
# 16 may 2011 08:41 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dövlət Rəqs Ansamblının kollektivi və “Emil Əfrasiyab və dostları” etno-caz qrupu ABŞ-ın Los-Anceles şəhərinin Uilşir Ebbel (Willshire Ebell Teatre) tarixi teatrında çıxış ediblər. APA-nın xəbərinə görə, konsertdə yerli hakimiyyət nümayəndələri, Kaliforniyadakı müxtəlif icmaların və diplomatik korpusun təmsilçiləri, yüzlərlə musiqisevər – ümumilikdə 1200 nəfər iştirak edib. Xalq mahnılarının və cazın sintezi, klassik Azərbaycan melodiyaları “Sarı gəlin”, “Laçın”, “Qarabağ şikəstəsi” və xalq rəqsləri alqışlarla qarşılanıb. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan konsert Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Los-Ancelesdəki Baş Konsulluq tərəfindən təşkil olunub və “Farhang” Fondunun dəstəyi ilə baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR