Bank Of Baku

“Sarvan” folklor rəqs qrupu Batumidə keçirilən “Qızıl Delfin-2011” X beynəlxalq folklor festivalının laureatı olub

“Sarvan” folklor rəqs qrupu Batumidə keçirilən “Qızıl Delfin-2011” X  beynəlxalq folklor festivalının laureatı olub
# 16 may 2011 20:35 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Mayın 5-10-dək Gürcüstanın Batumi şəhərində “Qızıl Delfin-2011” X beynəlxalq uşaq və yeniyetmələr folklor rəqs festivalı keçirilib. Azərbaycanlılarım Mədəniyyət Mərkəzindən (AMM) APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, festivalın açılışında Gürcüstan prezidenti Mixail Saakaşvili iştirak edərək iştirakçılara öz ürək sözlərini bildirib. Festivalın açılışında Gürcüstanın Mədəniyyət və Mədəni Abidələrin Qorunması Naziri N.Rurua, Acarıstan Muxtar Respublikasının başçısı L.Varşalomidze və mədəniyyət naziri Q.Abduladze, Batuminin meri R.Çxaidze, festivalın direktoru, Acarıstan musiqi cəmiyyətinin rəhbəri Nodar Saqinadze və digər rəsmilər iştirak ediblər.
Festivalda Azərbaycandan gələn “Qarabağ bülbülləri ” muğam ansamblı da iştirak edib. azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərindəki AMM-in nəzdində fəaliyyət göstərən “Sarvan” folklor rəqs qrupu da festivala qatılıb. Tədbirdə “Sarvan” folklor rəqs qrupu “Odlar yurdu”, “Yallı” və digər Azərbaycan xalq rəqslərini nümayiş etdirib. Qrupun çıxışları böyük sevinc və alqışlarla qarşılanıb.
Festivalın yekununda “Sarvan” folklor rəqs qrupunun festivalın laureatı olub və qrupun üzvləri diplomlarla təltif olunub. Qrupun bədii rəhbəri Cəmilə Məmmədova isə diplom və medala layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR