Bank Of Baku

Polşanın Lyublin Rəqs Teatrının kollektivi Azərbaycan səhnəsində çıxış edəcəklər - FOTO

Polşanın Lyublin Rəqs Teatrının kollektivi Azərbaycan səhnəsində çıxış edəcəklər - <font color=red>FOTO </font>
# 18 may 2011 10:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Polşanın Lyublin Rəqs Teatrının tamaşası keçiriləcək. APA-nın məlumatına görə, tamaşanın nümayişindən əvvəl Polşadan olan 5 nəfərlik aktyor qrupunun, eləcə də Polşa Səfirliyinin və Milli Dram Teatrının nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransda çıxış edən tetarın direktor müavini, xalq artisti Azər Mirzəyev layihəyə Polşanın Bakıdakı səfirliyinin təşəbbüsü ilə start verildiyini bildirib. Onun sözlərinə görə, bu gün nümayiş olunacaq tamaşa teatr sahəsində Polşa-Azərbaycan əməkdaşlığının nəticəsidir: “Bu ilin aprel ayında teatr icmasının nümayəndələri Polşada tədris səfərində olublar. Orada Azərbaycan teatr xadimlərinin Polşada aktyorluq peşəsi sahəsində təhsil sistemi və Polşanın teatr xadimləri ilə tanış olmaq və Varşava Teatr Görüşləri festivalında iştirak etmək fürsəti də qazanıb”.

5 nəfərdən ibarət aktyor qrupu insanların şübhələrindən, həyat problemlərindən, fərq və oxşarlıqlardan “Nano” adlı tamaşanı təqdim edəcəklər. Aktyorlardan Riçard Kalinovskinin sözlərinə görə, tamaşanın adında öz əksini tapmış “nano” incəsənət naminə yaradılmış, özündə həm qadın, həm kişi keyfiyyətlərini birləşdirən insan vücududur. Artislərin yeganə ifadə vasitələri rəqs, jestlər və işıq oyunudur. Lyublin Rəsqs Teatrı 2011-ci ildə yaradılıb. Teatr dəfələrlə ABŞ, İsveçrə, Fransa, Macarıstan, Finlandiya, İspaniya, Litva, Rusiya, Almaniya, Avstriya və digər ölkələrdə keçirilmiş beynəlxalq festivalların və təqdimatların iştirakçısı olub.

Polşanın Bakıdakı Səfirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbərliyi, Adam Mitskeviç İnstitutu və Lyublin şəhər İcra Hakimiyyəti kimi polyak və azərbaycanlı sponsorların sayəsində tamaşaya giriş pulsuzdur. Tamaşa ilə yanaşı, polşalı aktyorlar azərbaycanlı həmkarları üçün usta-sinifləri təşkil edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR