Bank Of Baku

Gürcüstan teatrı Bakıya səfərə gəlir

Gürcüstan teatrı Bakıya səfərə gəlir
# 18 may 2011 11:34 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Kote Marcanişvili adına Gürcüstan Dövlət Dram Teatrı 34 illik fasilədən sonra Bakıya səfər edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, teatr kollektivi bu gün Bakıya yola düşəcək. Teatr rəhbərliyinin məlumatına görə, Gürcüstan teatrının Azərbaycanın Akademik Milli Dram Teatrı ilə əməkdaşlıq barədə müqaviləsi var. Müqaviləyə görə, hər iki teatr arasında qastrollar təşkil olunacaq, birgə layihələr və treninqlər həyata keçirəcək. Mayın 19-20-də Azərbaycan paytaxtında Kote Marcanişvili adına Gürcüstan Dövlət Dram Teatr bədii rəhbər Levan Tsuladzenin səhnələşdirdiyi Yapon yazıçısı Koki Mitaninin “Gülüş akademiyası” tamaşası və Bernard Şounun “Piqmalion” pyesi nümayiş etdiriləcək. Bundan başqa, bu ilin sentyabr ayında Levan Tsuladze Bakıda Maks Frişin əsəri əsasında “Don Juan və yaxud sevgi həndəsəsi” tamaşasını səhnəyə qoyacaq.
Qeyd edək ki, Gürcüstan teatrı sonuncu dəfə Bakıda 1977-ci ildə qastrol səfərində olub.
Azərbaycan Akademik Milli Dram Teatrı isə mayın 30-31-də Gürcüstan paytaxtında səfərdə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR