Bank Of Baku

Alim Qasımov, Səbuhi İbayev, Elnarə Abdullayeva, Ehtiram Hüseynov və Güllü Muradovanın iştirakı ilə yeni layihənin təqdimatı olub - FOTO

Alim Qasımov, Səbuhi İbayev, Elnarə  Abdullayeva, Ehtiram Hüseynov və Güllü Muradovanın iştirakı ilə yeni layihənin təqdimatı olub - <font color=red>FOTO</font>
# 19 may 2011 13:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mayın 19-da tanınmış musiqiçi, prodüser Asif Kərimovun rəhbərliyi ilə “Şikəstələrin motivləri əsasında Azərbaycan cəngisi” kompozisiyasının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə layihə üçün çəkilmiş klip və “Azərbaycan cəngisi” albomu da mətbuat işçilərinə təqdim olunub. Layihədə xalq artisti Alim Qasımov, əməkdar artist Səbuhi İbayev, Elnarə Abdullayeva, Güllü Muradova və Ehtiram Hüseynov iştirak edib. Layihənin ideya müəllifi, musiqi rəhbəri, tərtibatçısı və prodüseri Asif Kərimovdur. Klipin rejissoru Faiq Kərimoğlu, operatoru Tanrıverdi Tanrıverdiyevdir. Asif Kərimov bildirib ki, bu layihə üzərində 4 ilə yaxındır iş aparılıb. Layihəni həyata keçirməkdə məqsəd “Şikəstə” motivli muğamlarımızla “Cəngi”nin vəhdətindən yaranan musiqinin sirrini açmaqdır: “”Şikəstə” motivli muğamlarımızda daha çox məzlumluq duyulur. Amma bu layihə ilə mübarizliyi göstərmək istədik. Əlbəttə ki, beş ifaçının bir yerə yığılması çətin oldu. Hətta klip çəkilişlərinə Alim Qasımov gələ bilmədiyinə görə, onu ayrı çəkdik”. Layihə rəhbərinin sözlərinə görə, kompozisiyada sözlər, ritmlər dəyişdirilib. Klassik ritmlərlə yanaşı, müasir ritmlər də daxil edilib ki, bu, gənclərin də marağına səbəb ola bilsin. İdeya müəllifinin sözlərinə görə, layihənin gerçəkləşməsi üçün böyük vəsait tələb olunsa da, bunun üçün heç bir sponsora müraciət edilməyib. Layihə onun öz şəxsi vəsaiti hesabına hazırlanıb.
A. Kərimov payızda “Azərbaycan cəngisi” adı altında konsert keçirmək niyyətində olduğunu da bildirib.

Mətbuat konfransında Elnarə Abdullayeva, Səbuhi İbayev və Ehtiram Hüseynov da iştirak edib. Alim Qasımov isə səhhətindəki problemlərə görə, tədbirə gələ bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR