Bank Of Baku

Minskdə “Arşın mal alan” operettasının premyerası keçirilib

Minskdə “Arşın mal alan” operettasının premyerası keçirilib
# 20 may 2011 08:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Minskdə Belarus Akademik Dövlət Musiqili Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun dünyaşöhrətli “Arşın mal alan” operettasının premyerası gerçəkləşib. Teatr rəhbərliyinin dəvətilə tamaşanı idarə etmək üçün beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev dəvət olunub. APA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru – Azərbaycanın əməkdar incəsənət xadimi Hafiz Quliyev (Azərbaycan), quruluşçu rəssam Lyubov Sidelnikova (Belarusiya), bədii tərtibat – Yusif Toker (Türkiyə), quruluşçu baletmeyster – xalq artisti Mədinə Əliyeva (Azərbaycan), quruluşçu xormeyster- Svetlana Petrovadır. Layihənin əsas təşkilatçıları Azərbaycanın Belarusdakı səfirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Belarus Dövlət Akademik Musiqili Teatrıdır. Lahiyənin müəllifi isə Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyevdir. Əsas rolların ifaçıları – Evgeniy Yermakov (Əsgər), beynəlxalq müsabiqələr laureatı Marqarita Aleksandroviç (Gülçohrə), Anton Zayançkovskiy (Süleyman), Belarusun xalq artisti Nataliya Qayda (Cahan), Aleksandr Krakovskiy (Sultan bəy), Lidiya Kuzmitskaya (Asya) и beynəlxalq müsabiqənin diplomantı Anna Belyayevadır (Telli).

Tamaşadan əvvəl dirijor Əyyub Quliyev və teatr rəhbərliyinin Belarus KİV nümayəndələri ilə görüşü keçirilib . Həmin görüşdə Əyyub Quliyev bu lahiyənin xüsusi əhəmiyyətini qeyd edərək, tamaşanın Azərbaycanla Belarus arasında mədəni əlaqələrin inkişafı üçün vacib bir addım olduğunu vurğulayıb. Eyni zamanda, “Arşın mal alan” tamaşasının bir neçə gün oncə Belarus Milli Teatr Mükafatına irəli sürüldüyü haqda məlumatı eşitdiyi zaman bir Azərbaycanlı olaraq qürur hissi keçirtdiyini qeyd edib. Ə. Quliyev deyib ki, tamaşanın premyerası gözlənildiyi kimi böyük musiqi bayramına çevrilib. Əyyub Quliyev sentyabr ayında Uzeyir Hacıbəylinin doğum gününə həsr olunmuş tamaşaya dirijorluq etmək üçün yenidən Minskə dəvət edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR