Bank Of Baku

Bakı Uşaq Teatrı Ərzurumda keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Bakı Uşaq Teatrı Ərzurumda keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək
# 20 may 2011 10:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakı Uşaq Teatrı Ərzurumda keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Bu barədə APA-ya etatrın direktoru İntiqam Soltan məlumat verib. O bildirib ki, festivalda teatr kollektivinin ifasında “Güc birlikdədir” tamaşası nümayiş olunacaq.

İ.Soltan onu da bildirib ki, iyunun üçüncü ongünlüyündə rəhbərlik etdiyi teatrda ilk dəfə olaraq mono-tamaşalar festivalı keçiriləcək. Yalnız Bakı Uşaq Teatrınını kollektivinin iştirak edəcəyi bu festivalda hər aktyorun ifasında mono-tamaşa göstəriləcək. Festivalın açılışı Məmməd Arazın “Ya Rəbbim, bu dünya sən quran deyil” səhnə əsəri ilə olacaq. Tamaşaya Vidadi Əliyev quruluş verib. Festival üçün xüsusi müsnfilər heyəti müəyyənləşdiriləcək ki, bu heyət festival çərçivəsində qalibləri seçəcək. Azərbaycan teatrlarında ilk dəfə təşkil olunacaq bu festivalın əsas məqsədi uşaqlar üçün mono-tamaşaların hazırlanmasıdır. Teatr rəhbəri hazırda mono-tamaşaların olmamasından da gileylənib və festivalın bo yolda müsbət nəticələr verəcəyinə inandığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR