Bank Of Baku

İsrafil İsrafilov Türkdilli Teatrlar Şurasının rəhbəri seçilib

İsrafil İsrafilov Türkdilli Teatrlar Şurasının rəhbəri seçilib
# 20 may 2011 14:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Türkdilli Teatrları Şurasının sədri seçilib. APA-nın məlumatına görə, bu barədə bu günlərdə Türkiyədən səfərdən qayıdan İ. İsrafilovun özü məlumat verib.
Onun sözlərinə görə, sözügedən şura Türkiyədə bu ay keçirilən Beynəlxalq Teatr Festivalı çərçivəsində baş tutan toplantı zamanı yaradılıb. Yeni yaradılan şuranın ilk sədri də İsrafil İsrafilov təyin olunub.
Şura rəhbəri kimi bir çox səlahiyyətləri həyata keçiriləcəyini deyən İ. İsrafilov eyni zamanda türkdilli teatrlarda Azərbaycan dramaturqlarının əsərlərinin hazırlanması ilə bağlı da xüsusi layihələrin olacağını bildirib: “Türkdilli teatrlar arasında çox pis vəziyyətdə olan teatrlar da mövcuddur. Mən də bu şuranın rəhbəri kimi həmin teatrların inkişafı naminə işlərin görülməsinə can atacağam. Bu vəzifə çərçivəsində səlahiyyətlər həddən artıq çoxdur. Bu işlərin öhdəsindən gələcəyimə də orada hamı inanır. Bu vəzifəyə məhz Azərbaycandan olan şəxsin rəhbərlik etməsi də ayrıca bir sevincdir”.

İ. İsrafilov onu da əlavə edib ki, növbəti il üçün şuranın toplantısı Bakıda olacaq. Bu toplantıya isə bütün türkdilli teatrların rəhbərləri qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR