Bank Of Baku

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Gürcüstana qastrola gedəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Gürcüstana qastrola gedəcək
# 20 may 2011 15:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi mayın 30-31-də Gürcüstana səfər edəcək. Bu barədə APA-ya məlumat verən teatrın direktoru İsrafil İsrafilov bildirib ki, bu səfər K. Marçanaşvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrı arasındakı qarşılıqlı əməkdaşlıq layihəsi çərçivəsində baş tutacaq.

Milli Dram Teatrın kollektivinin ifasında “Xəcalət” və “Lənkəran xanın vəziri” tamaşalarının nümayişi nəzərdə tutulub. Əməkdaşlıq layihəsi çərçivəsində eyni zamanda birgə tamaşaların hazırlanması da planlaşdırılır.

Gürcüstanın Akademik Milli Dram Teatrının bədii rəhbəri Levan Tsuladze Milli Dram Teatrının səhnəsində “Donjuan” tamaşasını hazırlayacaq.

Teatr Xadimlər İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətovun quruluşunda isə bir neçə tamaşanın Gürcüstan teatrında hazırlanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR