Bank Of Baku

Azərbaycanlı rejissorun “Miras” filmi Rusiyada keçiriləcək Beynəlxalq kinofestivalı çərçivəsində LODZ kinoteatırında nümayiş olunacaq

Azərbaycanlı rejissorun “Miras” filmi Rusiyada keçiriləcək Beynəlxalq kinofestivalı çərçivəsində LODZ kinoteatırında nümayiş olunacaq
# 24 may 2011 07:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi mayın 26-da Rusiyanın İvanova şəhərində keçiriləcək Andrey Torkovski adına Zerkola Beynəlxalq kinofestivalı çərçivəsində LODZ kinoteatırında nümayiş olunacaq. Fariz Əhmədovun APA-ya verdiyi məlumata görə, film kinofestivalın “Легкое дыхание” - bölməsində Azərbaycanı təmsil edəcək. Bu bölməyə Rusiyanın müxtəlif ali kino məktəblərinin tələbələri tərəfindən lentə alınmış və müxtəlif beynəlxalq kinofestivallarda uğur qazanmış filmlər daxil edilib. Festivalın işinə mayın 23-də start verilib. Festival çərçivəsində 100-dən artıq bədii, sənədli, animasiya və tələbə filmləri əsas mükafalar uğrunda mübarizə aparacaq. Festival öz işinə aprelin 30-da “Riqa” kinoteatırında son qoyacaq.
Xatirladaq ki, “Miras” sənədli filmi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Fariz Əhmədov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə, SSSR dövlət mukfatı lauriatı A. A. Proşkinin emalatxanasinda təhsil alır.
Filmin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, montajçısı Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir.
Film 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR