Bank Of Baku

Azərbaycan bəstəkarının ariya-duası ABŞ-da keçirilən konsertdə səsləndirilib – FOTO

Azərbaycan bəstəkarının ariya-duası ABŞ-da keçirilən konsertdə səsləndirilib – <font color=red>FOTO </font>
# 24 may 2011 11:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. ABŞ-ın İndiana ştatının Bluminqton şəhərində keçirilən konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, əməkdar incəsənət xadimi Azər Dadaşovun “Şükürlər olsun sənə” ariya-duası səsləndirilib. Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Bütün dinlər sülh üçün dua edirlər” şüarı altında keçirilən konsertdə üç səmavi dinin- İudaizm, Xristianlıq, İslamı tərənnüm edən musiqilər ifa olunub. Konsertin keçirilməsi ideyası Ömər Türkmənoğluna məxsusdur. Ö. Türkmənoğlu İndiana Universitetinin nəzdindəki Musiqi Məktəbinin professorudur.
Konsertin proqramına müxtəlif ölkələrin və xalqların dini məzmunlu vokal musiqiləri daxil edilib. Bu musiqi fortepiano, həmçinin ney və zərb alətlərinin müşayiəti ilə ifa olunub. Konsertin ABŞ-ın başqa şəhərlərində təkrarlanması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR