Bank Of Baku

Azərbaycanın “Aktrisa” və “Sahə” filmləri Kann Kinofestivalında nümayiş olunub

Azərbaycanın “Aktrisa” və “Sahə” filmləri Kann Kinofestivalında nümayiş olunub
# 24 may 2011 12:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 64-cü Beynəlxalq Kann kinofestivalında ilk dəfə olaraq Azərbaycan pavilyonu təşkil edilib. Festival çərçivəsində müxtəlif ölkələri təmsil edən çoxsaylı festival qonaqlarının iştirakı ilə “Filmland of Azerbaijan multimediya kino bələdçisi” təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, milli kinonun tarixinə həsr olunmuş “Dövlət Film Fondu təqdim edir” sənədli filmi festival iştirakçıları tərəfindən maraqla qarşılanıb. Eyni zamanda, Azərbaycan kinosu Kann kino bazarında dövlət sifarişi ilə çəkilmiş “Aktrisa” və “Sahə” bədii filmləri ilə təmsil olunub. Qısa filmlər bölməsində həmyerlilərimizin çəkdikləri iki film nümayiş olunub. Səfər çərçivəsində Amerika və Avropanın prodüserləri ilə bir sıra işgüzar görüşlər təşkil olunub. Festival günlərində xarici kinematoqrafçılara Azərbaycanın kino çəkilişləri aparmaq üçün əlverişli təbiət və tarix obyektləri, dövlət və müstəqil prodüser mərkəzləri, onların göstərdikləri xidmətlər, son illərdə çəkilmiş filmlər barəsində məlumatlar təqdim olunub. Bakıdan gətirilmiş mədəniyyət və turizm mövzularında çoxlu sayda çap məhsullarına maraq göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR