Bank Of Baku

Azərbaycanlı tenor beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanlı tenor beynəlxalq müsabiqənin qalibi olub
# 24 may 2011 13:16 (UTC +04:00)
Festival iştirakçısı olmaq hüququnu qazanmaq üçün Berlin alman operası səhnəsində dünyanın 45 ölkəsini təmsil edən 400 nəfərdən çox iddiaçı nüfuzlu münsiflər heyəti qarşısında öz bacarıqlarını nümayiş etdirib.

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə beynəlxalq müsabiqəyə qatılan tenor Ülvi Hüseynov (Qılınc) ifa etdiyi klassik italyan operalarından ariyalarla müsabiqənin qalibi elan edilib və festival proqramı çərçivəsində qala-operada çıxış etmək üçün yenidən Almaniyaya dəvət olunub.

Qala-opera tamaşaçılara Berlin yaxınlığında yerləşən Reynsberq şəhərində 30 iyun, 1 və 2 iyul 2011-ci ildə üç gün ərzində təqdim olunacaq. Hər üç konsertdə Ülvi Hüseynovu Almaniyanın Brandenburq Dövlət Simfonik Orkestri müşayiət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR