Bank Of Baku

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Gürcüstan paytaxtına qastrol səfərinə başlayır

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Gürcüstan paytaxtına qastrol səfərinə başlayır
# 25 may 2011 04:10 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Mayın 25-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Gürcüstan paytaxtına qastrol səfərinə başlayır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, teatrın Tiflisə səfəri Qriboyedov adına Tiflis Dövlət Akademik Rus Dram Teatrının təşəbbüsü, Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi və “TBC”bank”ın və Azərbaycanın “Paşa Bank”ının maliyyə dəstəyi ilə baş tutub. Qeyd edək ki, Azərbaycan teatrı 20 il fasilədən sonra Gürcüstana gəlib. Teatr mayın 25-i və 26-da saat 19-da A. Qriboyedov adına Tiflis Dövlət Akademik Rus Dram Teatrının kiçik səhnəsində Mixail Zadornovun “Ər almaq istəyirəm” tamaşası ilə çıxış edəcək. Xatırladaq ki, tamaşanın rejissoru Azərbaycanın xalq artisti Aleksandr Şarovskidir.
Tamaşaya baxışda Gürcüstanın Mədəniyyət Naziri Nika Rurua və digər rəsmi şəxslərin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR