Bank Of Baku

Böyük Britaniyanın Kral Filarmoniya Orkestrinin konsertində Fərhad Bədəlbəylinin ifasında musiqi əsərləri səsləndirilib

Böyük Britaniyanın Kral Filarmoniya Orkestrinin konsertində Fərhad Bədəlbəylinin ifasında musiqi əsərləri səsləndirilib
# 25 may 2011 21:45 (UTC +04:00)
Bakı-APA. May ayının 24-də Londonun nüfuzlu Cadogan Hall konsert zalında “Amerika klassikləri” adlı konsert keçirilib. Bu barədə APA-ya Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.

Böyük Britaniyanın Kral Filarmoniya Orkestrinin konsertində Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin ifasında musiqi əsərləri səsləndirilib. Fərhad Bədəlbəylinin ifasında Gerşvinin fortepiano və orkestra üçün bəstələdiyi əsərlər, eləcə də özünün bəstələdəyi “Dəniz” əsəri səsləndirilib. Həmvətənəmizin ifası auditoriya tərəfindən böyük maraq və rəğbətlə qarşılanmış və alqışlanmışdır. Bundan əlavə, Bernşteyn, Gerşvin və Kopland kimi tanınmış bəstəkarların əsərləri səsləndirilib.

Konsertdə Britaniyanın tanınmış mədəniyyət və ictimai xadimləri, diplomatik korpusun nümayəndələri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Konsertin video yazısı bir il müddətində Cadogan Hall konsert zalının internet səhifəsində saxlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR