Bank Of Baku

Qazaxıstanın Aktau şəhərində “Azərbaycanın gözəllikləri – xarici jurnalistlərin gözü ilə” adlı fotosərgi açılıb - FOTO

Qazaxıstanın Aktau şəhərində “Azərbaycanın gözəllikləri – xarici jurnalistlərin gözü ilə” adlı fotosərgi açılıb - <font color=red>FOTO</font>
# 26 may 2011 10:40 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü və 28 May – Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğu tərəfindən “Azərbaycanın gözəllikləri – xarici jurnalistlərin gözü ilə” adlı fotosərginin rəsmi açılış mərasimi keçirilib. Baş Konsulluqdan APA-ya verilən məlumata görə, sərgidə Qazaxıstanın Mangistau vilayətinin rəsmi nümayəndələri, Aktau şəhər ictimaiyyətinin təmsilçiləri, tanınmış elm və incəsənət xadimləri, Mangistau vilayətində fəaliyyət göstərən digər millətlərin diaspora təşkilatlarının rəhbərləri, Azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, azərbaycanlı tələbələr, mərkəzi və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri ilə yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyinin, Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Dövlət Neft Şirkətinin rəsmi nümayəndələri də iştirak ediblər.

Sərgi 28 maya qədər davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR