Bank Of Baku

Azərbaycanlı rejissorun filmi Makedoniyada keçiriləcək beynəlxalq film festivalında iştirak edəcək – FOTO

Azərbaycanlı rejissorun filmi Makedoniyada keçiriləcək beynəlxalq film festivalında iştirak edəcək – <font color=red>FOTO </font>
# 26 may 2011 10:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “İmper Qrup” Prodüser Mərkəzinin istehsal etdiyi “Bir addım” qısametrajlı bədii filmi mayın 27-31-dək Makedoniyanın Strumica şəhərində keçiriləcək 7th AsterFest International Film Festivalının əsas müsabiqə bölməsində Azərbaycanı təmsil edəcək. Filmin rejissoru Fariz Əhmədovun APA-ya verdiyi məlumata görə, film festivalın seçim komissiyasına təqdim olunmuş 500 film arasından seçilən və müsabiqə bölməsinə daxil olunan 20 filmdən biridir. Festivalda Azərbaycanla yanaşı, Almaniya, Danimarka, Finlandiya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və digər ölkələrin audiovizual məhsulları nümayiş olunacaq.
Xatırladaq ki, “Bir addım” qısametrajlı bədii filmi 20-dən artıq ölkədə keçirilən beynəlxalq festivalın müsabiqə bölməsində Azərbaycanı uğurla təmsil edib müxtəlif mükafat və diplomlara layiq görülüb. Film 2009-cu ildə “İmper Qrup” Prodüser Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran-2008” müsabiqəsinin qalib kino layihəsi kimi istehsal olunub.
Filmin rejissorları - Fariz Əhmədov və Nərgiz Bağırzadə, ssenari müəllifləri - Alina Abdullayeva və Nərgiz Bağırzadədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR