Bank Of Baku

Məşhur italyan dirijoru Azərbaycan opera səhnəsində “Aida” operasını idarə edib

Məşhur italyan dirijoru Azərbaycan opera səhnəsində “Aida” operasını idarə edib
# 26 may 2011 13:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Aida” operasının tamaşası keçirilib. APA-nın məlumatına görə, “Aida” operasının nümayişi anşlaqla baş tutub. Tamaşanı məşhur italyan dirijoru Canluka Marçianonu idarə edib. Aida partiyasını isə ilk dəfə olaraq teatrın gənc solisti Çinarə Şirin ifa edib. Respublikanın əməkdar artistləri Fidan Hacıyeva (Amneris), Əvəz Abdullayev (Amonasro), Əli Əsgərov (Misir şahı) və Əkrəm Poladov (Ramfis) tamaşada rol alıblar. Radames rolunda isə Gürcüstanın xalq artisti, professor Teymuraz Ququşvili çıxış edib.
Tamaşadan sonra dirijor Canluka Marçiano Azərbaycanda ilk dəfə olduğunu qeyd edib: “Mən ilk dəfədir ki Azərbaycandayam. Bu səfər Opera və Balet Teatrının direktoru Akif Məlikovun dəvəti ilə baş tutub. “Aida” operasının bugünkü tamaşası gözlədiyimdən daha uğurlu keçdi. Sizin orkestr və solistlərlə çalışmaqdan böyük zövq aldım. Orkestrdə gözəl musiqiçilər var və sevindirici haldır ki, onlar bugünkü tamaşanı xüsusi ilhamla ifa edirdilər. Xor artistləri və solistlərin yüksək professional səviyyəsini də qeyd etmək istəyirəm. Aida partiyasının ifaçısı Çinarə Şirin və Amneris rolunda çıxış edən Fidan Hacıyeva məndə gözəl təəssürat oyatdı”. Yerli tamaşaçılardan da razılıq edən italyan dirijoru, izləyicilərin tamaşa ərzində italyanlar kimi onları böyük emosionallıqla alqışladıqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR