Bank Of Baku

Məşhur italiyalı dirijordan Fidan Hacıyevaya iki yeni opera təklifi gəlib

Məşhur italiyalı dirijordan Fidan Hacıyevaya iki yeni opera təklifi gəlib
# 27 may 2011 11:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Məşhur italiyalı dirijor Canluka Martsiano Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyevaya işbirliyi təklif edib. APA-nın məlumatına görə, italiyalı dirijor Opera və Balet Teatrının səhnəsində Cüzeppe Verdinin “Aida” operasında Misir şahının qızı Amneris rolunda çıxış edən Fidan Hacıyevanın çıxışından sonra bu qərarı verib. Həmin axşam Azərbaycan vokalçısının nümayiş etdirdiyi belkanto - italyan opera müğənnilərinə xas olan gözəl oxu tərzinə valeh olduğunu gizlətməyən italiyalı maestro maestro Fidan Hacıyevanın tələffüzünün əsl italyan şivəsi təsiri bağışladığını da qeyd edib. Tamaşadan dərhal sonra Canluka Martsiano Fidan Hacıyevaya iki yeni rol – Donisettinin “Favoritka” operasında Leonora və Motsartın “Hamı belə edir” operasında Dorabella rolunu hazırlamağı təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR