Bank Of Baku

Azərbaycanın da iştirak edəcəyi Ümumdünya Təsviri İncəsənət Sərgisi iyunun 1-də start götürəcək

Azərbaycanın da iştirak edəcəyi Ümumdünya Təsviri İncəsənət Sərgisi iyunun 1-də start götürəcək
# 27 may 2011 12:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu ilin iyun-noyabr aylarında İtaliyada növbəti Ümumdünya Təsviri İncəsənət Sərgisi - 54-cü Venesiya Biennalesi keçiriləcək. Bu biennale dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər bir sərgi-aksiyasıdır. Hazırkı toplantıda rekord olaraq 100-ə yaxın ölkə öz pavilyonları ilə iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 54-cü Venesiya Biennalesinin mövzusu “ILLUMİnations” yəni “Millətlərin işığı”dır. 54-cü Venesiya Biennalesinin kuratoru vəzifəsinə dünya miqyasında tanınmış sənətşünas Bice Kuriqer təyin olunub. Azərbaycan artıq üçüncü dəfədir ki, Venesiya Biennalesində iştirak edir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi milli pavilyonunun komissarı Azərbaycan Dövlət İncəsənət muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir. Bu il Azərbaycan pavilyonu “Relations of Baku” şüarı altında çıxış edəcək.
Venesiya Biennalisində əsərləri sərgilənəcək sənətkarlar arasında Altay Sadıxzadə və Mikayıl Əbdürrəhimov da var.
54-cü Venesiya Biyennalesində Azərbaycan pavilyonunun rəsmi açılışı 2011-ci il iyun ayının 1-də olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR