Bank Of Baku

Azərbaycan filmi beynəlxalq festivalda mükafata layiq görülüb

Azərbaycan filmi beynəlxalq festivalda mükafata layiq görülüb
# 30 may 2011 09:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Salnamə” studiyasında çəkilmiş “İz... Qala” sənədli filmi Ukraynada keçirilən “Xarkov yasəməni” beynəlxalq qısametrajlı filmlər festivalında iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, film festivalda “Jurnalistlərin rəğbəti” prizinə layiq görülüb.

Yaxın zamanlarda “İz... Qala” Başqırdıstanda keçiriləcək “İnsan və torpaq” beynəlxalq festivalında da Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, “Salnamə” studiyasında 2010-cu ildə istehsal olunan 27 dəqiqəli “İz... Qala” sənədli filminin rejissoru Şamil Əliyev, ssenari müəllifi Nadir Bədəlov, operatoru Elşən Əliyevdir. Film Bakı ətrafı kəndlərdən biri Qalada qorunub saxlanmış və kəndin qədim tarixini əks etdirən zəngin etnoqrafik material əsasında və Heydər Əliyev Fondunun ciddi səyi nəticəsində burada yaradılmış qoruq haqqında bəhs edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR