Bank Of Baku

Məlahət Abbasova Elçinin “Mahmud və Məryəm” əsəri əsasında çəkiləcək filmlə bağlı danışıqlar aparmaq üçün Azərbaycana gəlir

Məlahət Abbasova Elçinin “Mahmud və Məryəm” əsəri əsasında çəkiləcək filmlə bağlı danışıqlar aparmaq üçün Azərbaycana gəlir
# 30 may 2011 11:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova bu gün Bakıya gəlir. APA-nın məlumatına görə, aktrisa Vətənə Türkiyənin məşhur prodüseri Sevda Kaygısızla birgə gəlir. Bu gün saat 17:00 radələrində təyyarənin Heydər Əliyev Hava Limanında olacağı gözlənilir.

M. Abbasova və türkiyəli prodüserin Azərbaycana səfərlərinin məqsədi xalq yazıçısı Elçin Əfəndiyevin "Mahmud və Məryəm" əsəri əsasında çəkiləcək filmlə bağlı danışıqlar aparmaqdır. Filmin çəkilişlərinin yaxın vaxtlarda gerçəkləşəcəyi planlaşdırılır. M. Abbasova filmdə əsas rolardan biri olan Qəmərbanu obrazını canlandıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR