Bank Of Baku

Vokalçı Ramil Qasımov Zərdabda konsert verib - FOTO

Vokalçı Ramil Qasımov Zərdabda konsert verib - <font color=red>FOTO </font>
# 30 may 2011 10:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın ən gənc “Koroğlu”su, vokalçı Ramil Qasımov 28 May - Respublika Günü münasibəti ilə Zərdabda konsert proqramı ilə çıxış edib.

Bu barədə APA-ya məlumat verən ifaçı zərdablıların qarşısında çıxış etməkdən məmnunluğunu dilə gətirib.

Konserti M. Maqomayevin “Azərbaycan” mahnısı ilə açan Ramil Qasımov tədbirdə Ü. Hacıbəylinin, T. Quliyevin, Ş. Axundovanın, R. Hacıyevin, S. Ələsgərovun mahnılarını ifa edib. Müğənni konserti Heydər Əliyevə ithaf olunan “Məşəl kimi yanan ürək” mahnısı ilə yekun vurub.

R. Qasımov bölgələrdə silsilə şəkildə konsertlər verəcəyini də açıqlayıb: “Bölgələrimizdə, gözəl guşələrimizdə konsert vermək çox gözəl bir hissdir. Burada insanlara yaxın olmaq, onlara canlı musiqilər ərməğan etmək məni də sevindirir. Bu silsilədən daha bir neçə konsertlərim nəzərdə tutulur və hər birinə çox ürəklə hazırlaşıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR