Bank Of Baku

Akademik Milli Dram Teatrının kollektivi Gürcüstanda qastrol səfərindədir

Akademik Milli Dram Teatrının kollektivi Gürcüstanda qastrol səfərindədir
# 30 may 2011 11:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivinin Gürcüstana qastrol səfəri başlayıb.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollektiv səfər çərçivəsində Gürcüstanın K. Marcanişvili adına Akademik Dram Teatrının səhnəsində iki tamaşası ilə çıxış edəcək. Tamaşaların nümayişi bu gün və sabah baş tutacaq. Gürcüstan teatrının səhnəsində “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və “Xəcalət” tamaşalarını nümayiş etdirəcək.

Daha sonra birgə tamaşaların hazırlanması, həmçinin Levan Tsuladzenin Akademik Milli Dram Teatrında, xalq artisti Azər Paşa Nemətin K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrında tamaşa hazırlaması planlaşdırılır.

Xatırladaq ki, K. Marcanişvili adına Gürcüstan Akademik Dram Teatrın mayın 19 və 21-də “Azdrama”nın səhnəsində “Moruq” və “Piqmalion” tamaşalarını Bakı tamaşaçılarına təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR