Bank Of Baku

Latviyada Azərbaycanın Respublika Gününə həsr olunan simfo-muğam konserti keçirilib – FOTO

Latviyada Azərbaycanın Respublika Gününə həsr olunan simfo-muğam konserti keçirilib – <font color=red>FOTO </font>
# 31 may 2011 07:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Latviyada Azərbaycanın Respublika Gününə həsr olunan simfo-muğam konserti keçirilib. APA-nın məlumatına görə, Latviyanin musiqili şəhəri olan Liepayanın 70 nəfərlik Dövlət Simfonik Orekstri, Azərbaycanın əməkdar artisti Yalçın Adıgözəlov və “Qarabağ” triosu - Azərbaycanın xalq artisti, xanəndə Mənsum İbrahimov, əməkdar artisti, tar ifaçısı Elçin Həşimov və əməkdar artisti kamança ifaçısı Elnur Əhmədov filarmoniya səhnəsində Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini muğamla birlikdə Latviya tamaşaçılarına təqdim ediblər. Anşlaqla keçən konsertdə tamaşaçılar əsərləri böyük məmuniyyətlə dinləyərək, Azərbaycan muğamı ilə bağlı öz təssüratlarını bölüşüblər: “Muğam qeyri-adi musiqidir, insanı sağaldır və ruhunu təmizləyir”.
Konsert haqqında məlumat ilk növbədə informasiya portallarında, radiolarda və televiziya ekranlarında yayımlanıb. Şəhərin 70-ə yaxın məntəqəsində, avtobus dayanacaqlarında simfonik konsert haqqında məlumatı əks etdirən 2 metrlik reklam lövhələri yerləşdirilib. Konsert Azərbaycanın Latviyadakı səfirliyinin, Latviyanın Azərbaycandakı səfirliyinin, Latviyadakı "Ocaq" Azərbaycan Mədəniyyət Mərkəzinin və Roman Əliyevin, RSTA təşkilatının rəhbəri Adıgözəl Məməmədovun, “airBaltic” aviaşirkətinin, Azərbaycanda və xaricdə ölkəmiz haqqında bir sıra mədəniyyət layihələrini dəstəkləyən ölkənin əsas mobil operatoru olan “Azercell”in dəstəyi ilə baş tutub. Latviyada keçirilən simfo-muğam konsertinin prodüseri Emin Musəvidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR