Bank Of Baku

Azərbaycanın “Turan” ansamblı İtaliyada keçirilən Şərq musiqisi konsert proqramında iştirak edib - FOTO

Azərbaycanın “Turan” ansamblı İtaliyada keçirilən Şərq musiqisi konsert proqramında iştirak edib - <font color=red>FOTO</font>
# 31 may 2011 15:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İtaliyanın Turin şəhərində Şərq İncəsənəti Muzeyində “Darbar” adı altında mühazirə və konsert proqramı keçirilib. Azərbaycanın zəngin mədəniyyət nümunələrinin Avropada təbliğinin genişləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən tədbirdə sənətşünas Sənubər Bağırova, xanəndə Qoçaq Əsgərov və “Turan” ansamblı iştirak edib. Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, tədbirin birinci günündə AMEA-nın Memarlıq və İncəsənət İnstitutun böyük elmi işçisi, sənətşünaslıq namizədi, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırova Azərbaycanın zəngin mədəni irsi, tarixi, musiqisi haqda geniş mühazirə söyləyib.

Mühazirə zamanı Əqdəs Bağırzadənin Bakının 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərindəki simasını əhatə edən orijinal foto illüstrasiyalarından, İçəri şəhərin və İslam arxitekturasının nümunələrindən ibarət, muğam, caz və aşıq musiqisi ilə müşayiət olunan slayd-şoular göstərilib.

Konsert proqramında isə “Muğam - Azərbaycanın müqəddəs musiqisi” - Qoçaq Əsgərovun ifalarından ibarət diskin təqdimat mərasimi keçirilib. Sonra Qoçaq Əsgərov və onun “Turan” ansamblı geniş proqramla çıxış edib. Azərbaycan incəsənət ustalarının ifası dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Azərbaycan İtaliyanın Turin şəhərində keçirilən bu konsert proqramına ilk dəfə qatılır. Hər il keçirilən bu tədbirlərdə Şərq dünyasından olan ölkələrdən, xüsusilə Türkiyədən, Pakistandan, Hindistandan, Yaponiyadan olan incəsənət ustaları konsert proqramı ilə çıxış edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR