Bank Of Baku

Akademik Milli Dram Teatrda Ələsgər Ələkbərovun 100 illiyi münasibəti ilə yubiley tədbiri keçiriləcək

Akademik Milli Dram Teatrda Ələsgər Ələkbərovun 100 illiyi münasibəti ilə yubiley tədbiri keçiriləcək
# 01 iyun 2011 08:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti Ələsgər Ələkbərovun 100 illiyi münasibəti ilə yubiley tədbiri keçiriləcək. Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, tədbirin ssenari müəllifi əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu, rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, aparıcısı sənətşünaslıq doktoru, professor Məryəm Əlizadədir. İyunun 3-də keçirilməsi nəzərdə tutulan yubiley tədbirində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq artisti, professor Ağakişi Kazımov, əməkdar incəsənət xadimi Aydın Kazımov və xalq artisti Rafiq Əzimov çıxış edəcəklər.

Gecədə Akademik Milli Dram Teatrının aktyorlarının ifasında Ələsgər Ələkbərovun yaradıcılığında önəmli yer tutan “1905-ci ildə”, “Vaqif”, “Bahar suları”, “Otello” tamaşalarından parçalar göstəriləcək, həmçinin görkəmli sənətkarın yaradıcılığını əks etdirən video-roliklər və fotolar nümayiş olunacaq.

Eyni zamanda teatrın foyesində Ələsgər Ələkbərovun yaradıcılıq fəaliyyətini əks etdirən lövhə nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR