Bank Of Baku

“Təbəssüm” rəqs qrupu Ukraynada xüsusi diploma layiq görülüb

“Təbəssüm” rəqs qrupu Ukraynada xüsusi diploma layiq görülüb
# 01 iyun 2011 09:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ukraynanın paytaxtı Kiyev şəhərində “Günəşli şabalıd” II Beynəlxalq Xeyriyyə Festivalı keçirilib. “Vitaminlər” rəqs qrupunun təşkilatçılığı ilə həyata keçirilən festivalda Azərbaycanı Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq studiyasının “Təbəssüm” rəqs qrupu təmsil edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihə Ukrayna Mədəniyyət Nazirliyinin dəstəyi ilə şəhər merinin rəsmi tədbirləri silsiləsinə, eyni zamanda “Kiyev günləri” proqramına daxil edilib. Beş xarici ölkənin iştirak etdiyi festivalın açılışı İvan Franko adına Dram Teatrında baş tutub. Balaca aktyorlar, həmçinin Kiyev şəhərində keçirilən “Paytaxt günləri” tədbirlərinə də qatılaraq Azərbaycan milli rəqslərini ifa ediblər.
Rəqqaslar bu festivalda Ukrayna Mədəniyyət Nazirliyinin, Kiyev şəhər merinin və Xoreoqrafiya Birliyinin xüsusi diplomlarına layiq görülüblər. Festival mayın 25-dən 30-na kimi baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR