Bank Of Baku

Xalça Muzeyində “Sehrli nağıllar aləmi” adlı tədbir keçirilib

Xalça Muzeyində “Sehrli nağıllar aləmi” adlı tədbir keçirilib
# 01 iyun 2011 09:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Sehrli nağıllar aləmi” adı altında tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə 8 saylı orta məktəb şagirdləri və 25, 130 saylı uşaq bağçasında tərbiyə alan uşaqlar iştirak ediblər.

Tədbirin maraqlı və rəngarəng olması üçün 8 saylı orta məktəbin şagirdləri muzey əməkdaşlarının köməkliyi ilə hazırladıqları ekskursiya mətni əsasında tamaşaçılara xalçalar haqqında məlumat veriblər. Muzeyin uşaq teatrının balaca aktyorlarının ifasında “Qırmızı papaq” nağılından parçalar da göstərilib.

İstedadlı balacalar muzey tərəfindən hazırlanmış “Özün rənglə” nümunələri əsasında xalça elementlərini rəngləyib, kompüterdə “Öz xalçanı yarat” proqramında istədikləri xalçanın eskizlərini yaradıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR