Bank Of Baku

Azərbaycanlı dirijor Sankt-Peterburq Dövlət Filarmoniyasının səhnəsində çıxış edib – FOTO

Azərbaycanlı dirijor Sankt-Peterburq Dövlət Filarmoniyasının səhnəsində çıxış edib – <font color=red>FOTO </font>
# 01 iyun 2011 10:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sankt-Peterburq Dövlət Filarmoniyasının böyük zalında iki nüfuzlu musiqi layihəsi olan “Musiqi kolleksiyası” və “Musiqi Olimpi” beynəlxalq festivalları çərçivəsində qala-konsert keçirilib. Konsertdə A. Toskanini adına dirijorların IX beynəlxalq müsabiqəsinin qalibi, azərbaycanlı dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Sankt-Peterburq Filarmoniyasının Akademik simfonik orkestri çıxış edib.
Əyyub Quliyev APA-ya verdiyi məlumatda bildirib ki, orkestrin ifasında dünya musiqi şedevrləri səslənib. Solistlər Kraliça Yelizaveta adına beynəlxalq müsabiqəsinin laureatı Denis Kojuxin və Vokalçıların beynəlxalq “Leyla Qeyser” müsabiqəsinin laureatı Anna Lapkovskaya olub. Konsert Sankt-Peterburq musiqisevərləri arasında böyük maraqla qarşılanıb. Əyyub Quliyev qeyd edib ki, konsertdən əvvəl Sankt-Peterburqun “Avropa” otelində “Musiqi Olimpi” festivalının təşkilatçıları və iştirakçılarının mətbuat konfransı keçirilib. Konfransda “Musiqi Olimpi” Fondunun prezidenti İrina Nikitina, Sankt-Peterburq Kinematoqrafiya İttifaqının idarə heyətinin sədri Dmitriy Mesxiev və Əyyub Quliyev də iştirak edib. Mətbuat konfransından sonra festival iştirakçıları N.A. Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbələri ilə görüşə dəvət olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR