Bank Of Baku

Gənc Tamaşaçılar Teatrı UNESCO-nun nəzdində olan təşkilata üzv seçilib

Gənc Tamaşaçılar Teatrı UNESCO-nun nəzdində olan təşkilata üzv seçilib
# 01 iyun 2011 11:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı UNESCO-nun nəzdində Uşaq və Gənclər Teatrları Beynəlxalq Təşkilatının (ASSITEJI) İcraiyyə Komitəsinə üzv seçilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan teatrı qurumun Fransada keçirilmiş qurultayında böyük səs çoxluğu ilə buna layiq görülüb. Məlumata görə, Gənc Tamaşaçılar Teatrı bu nüfuzlu beynəlxalq təşkilatın Azərbaycan Milli Mərkəzi elan olunub. Teatrın direktoru Mübariz Həmidov isə ASSİTEJ-in Azərbaycan Milli Komitəsinin sədri vəzifəsinə təyin edilib. Azərbaycan Milli Komitəsinin əsas vəzifələri ASSITEJ-yə üzv olan xarici ölkə teatrları ilə qarşılıqlı qastrol səfərlərinin, beynəlxalq teatr festivallarının və treninqlərin, konfransların, habelə ustad dərslərin keçirilməsini təşkil etmək, xarici ölkə teatr mütəxəssislərinin Azərbaycana dəvət edilməsinə yardımçı olmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR