Bank Of Baku

Yaşar Nuri filmə çəkilib

Yaşar Nuri filmə çəkilib
# 01 iyun 2011 15:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nurinin müalicəsi davam edir. Aktyor hazırda sərbəst gəzməsi ilə bağlı problemlərin aradan qaldırılması üçün fizioterapiya müalicəsi alır. Yaşar Nuri APA-ya açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini, artıq çəkilişlərdə iştirak etdiyini də deyib: “Rejissor Samir Kərəmoğlunun “Mən evə qayıdacam” filmində çəkildim. Artıq çəkilişləri başa çatıb, filmdə Ağamirzə rolunu canlandırmışam. Bundan başqa, müxtəlif tədbirlərə iştirak edirəm. Sentyabrdan artıq teatr səhnələrinə də çıxacağam, yeni tamaşalar məni gözləyir, tamaşaçılar darıxdıqlarını deyirlər”.

Yay ərazində heç yerə getmək fikrində olmadığını deyən Y. Nuri yaya istirahətini Bakıda keçirəcək. O, müalicə üçün yenidən Türkiyəyə getmək fikrində olmadığını da vurğulayıb. Sentyabrda 60 yaşını tamamlayacaq xalq artisti, yubiley tədbiri ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR