Bank Of Baku

İtaliyada hazırlanan “Muğam - Azərbaycanın müqəddəs musiqisi” diskinin təqdimatı keçirilib – FOTO

İtaliyada hazırlanan “Muğam - Azərbaycanın müqəddəs musiqisi” diskinin təqdimatı keçirilib – <font color=red>FOTO </font>
# 02 iyun 2011 14:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün İtaliyada işıq üzü görən “Muğam - Azərbaycanın müqəddəs musiqisi” – diskinin Azərbaycanda təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırova və muğam ifaçısı Qoçaq Əsgərov iştirak ediblər. S. Bağırova qeyd edib ki, bu layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın zəngin musiqi nümunələrinin Avropada təbliğinin genişləndirilməsidir. Onun sözlərinə görə, diskin təqdimatı ilk əvvəl İtaliyanın Turin şəhərində Şərq İncəsənəti Muzeyində “Darbar” adı altında konsert proqramı zamanı keçirilib. Diskə geniş səs diapazonuna malik tanınmış xanəndə Qoçaq Əsgərovun ifasında “Zabul-Segah” dəsgahı, “Bayatı-Şiraz” muğamı və təsnifi, “Mahur” muğam kompozisiyası, “Dilkəş” muğamı və iki xalq rəqs havaları daxil olunub.
Q. Əsgərov bu hadisəni Azərbaycan musiqisinin uğuru kimi qiymətləndirib və bu layihədə iştirakından məmnunluğunu dilə gətirib. O, bu zaman ərzində İtaliyada özünün və onun “Turan” ansamblının çıxışının baş tutduğunu açıqlayıb.

Qeyd edək ki, disk İtaliyanın “Felmay” şirkəti ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi arasında “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində “Azərbaycanın Ənənəvi Musiqisi” adı altında altı kompakt diskdə musiqi albomlarının hazırlanması və satışının həyata keçirilməsi layihəsi çərçivəsində işıq üzü görüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR