Bank Of Baku

“Qafqaz qartalının uçuşu” filmi Rusiyada keçiriləcək “Zolotoy Vityaz” XX Beynəlxalq Kinofestivalında iştirak edəcək

“Qafqaz qartalının uçuşu” filmi Rusiyada keçiriləcək “Zolotoy Vityaz” XX Beynəlxalq Kinofestivalında iştirak edəcək
# 06 iyun 2011 11:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İyunun 14-dən 23-ə qədər Rusiyanın Kursk şəhərində “Zolotoy Vityaz” XX Beynəlxalq Kinofestivalı keçiriləcək. Festivalda Belorus, Bolqarıstan, Özbəkistan, Macarıstan, Çin, Polşa, Cənubi Koreya, Serbiya, Amerika, İran, İsveç və digər ölkələrlə yanaşı Azərbaycan da iştirak edəcək.

APA-nın festivalın rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan bu festivalda “Qafqaz qartalının uçuşu” sənədli filmi ilə təmsil olunacaq. Qısa metrajlı sənədli filmlər müsabiqəsində yarışacaq film iyunun 18-də göstəriləcək.

“Salnamə” kinostudiyası və “Lennauçfilm” studiyasının birgə istehsalı olan 20 dəqiqəlik “Qafqaz qartalının uçuşu” sənədli filmi II Dünya Müharibəsinin qəhrəmanlarından olan hərbi pilot Hüseynbala Əliyevə həsr olunub. Filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmov, prodüseri Böyükağa Məmmədov və Vladimir Bajindir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR