Bank Of Baku

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operası ilk dəfə olaraq Samsun Opera və Balet Teatrının yaradıcı kollektivinin ifasında nümayiş etdirilib

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operası ilk dəfə olaraq Samsun Opera və Balet Teatrının yaradıcı kollektivinin ifasında nümayiş etdirilib
# 06 iyun 2011 11:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Samsun Opera və Balet Teatrının yaradıcı kollektivinin ifasında ilk dəfə olaraq Üzeyir Hacıbəylinin “Arşın mal alan” operası nümayiş etdirilib. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Azərbaycanın görkəmli bəstəkarının operası böyük maraqla qarşılanıb. Yazıda qeyd olunub ki, Gümüşhanə Mədəniyyət Mərkəzində baş tutan nümayişin milli matçla üst-üstə düşməsinə baxmayaraq nümayiş anşlaqla baş tutub. Tamaşanın başlanğıcı və sonu tamaşaçıalrın ayaqüstə alqışları ilə müşayiət olunub.

Qaradəniz bölgəsinin tək Dövlət Opera və Balet qurumu olan heyətin Böyük Anadolu turnesi çərçivəsində səhnələnən oyunu Türkiyənin bir çox tanınmış müəllifləri tərəfindən də şərh olunub. Vali Salihoğlu, Temel Yalçın, Mehmet Yılmaz və digərləri əsər haqqında müsbət fikirlərini bildiriblər.

Samsun Opera və Balet Teatrının kollektivinin ifasında nümayiş etdirilən "Arşın mal alan" operası Azərbaycan Dövlət Akadmeik Opera və Balet Teatrının baş rjeissoru Hafiz Quliyev tərəfindən səhləşdirilib. Teatr kollektivi azərbaycanlı rejissorun səhnəyə qoyduğu bu opera ilə bir sıra ölkələrə qastrola çıxırlar. Beynəlxalq layihə hesab olunan operanın rejissoru azərbaycanlı Hafiz Quliyev, dirijoru alman, rəssamı türk, xormesyteri moldovalı, aktyorları isə türklərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR