Bank Of Baku

Məşhur ukraynalı rejissor Bakıda opera səhnələşdirəcək

Məşhur ukraynalı rejissor Bakıda opera səhnələşdirəcək
# 07 iyun 2011 09:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İyunun 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Pyetro Maskaninin “Kənd namusu” operasının premyerası olacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu opera Azərbaycan səhnəsində ilk dəfə tamaşaya qoyulur. Opera və Balet Teatrının rəhbərliyi tamaşaya quruluş vermək üçün istedadlı ukraynalı rejissor Nikolay Tretyakı Bakıya dəvət edib.

N.Tretyak həm Ukraynada, həm də bir sıra xarici ölkələrdə çoxlu sayda operalar səhnəyə qoyub. Onun quruluş verdiyi tamaşalar Fransa, Danimarka, Almaniya, İsveçrə, İspaniya, Portuqaliya, Yaponiya kimi ölkələrdə ifa olunmuş və hər zaman yüksək rəylər qazanıb. O, dünyanın bir sıra məşhur opera ifaçıları və ulduzları – Nikolay Qyaurov, Mirella Frenni, Mikki Salminen, Veselina Kazarova və başqaları ilə birlikdə çalışıb.

Premyera tamaşasında Azərbaycanın xalq artisti, Vokalçıların Beynəlxalq müsabiqələrinin laureatı Qərinə Kərimova (Santutsa), əməkdar artistlər Samir Cəfərov (Turiddu), Əvəz Abdullayev (Alfio), həmçinin teatrın solistləri Səbinə Vahabzadə (Lüçiya) və Səbinə Əsədova (Lola) iştirak edəcəklər. Tamaşanın musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlov, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR