Bank Of Baku

Məşhur rusiyalı gitaraçı Bakıda ustad dərsləri keçəcək – FOTO

Məşhur rusiyalı gitaraçı Bakıda ustad dərsləri keçəcək – <font color=red>FOTO </font>
# 08 iyun 2011 08:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Niderlandda yaşayan tanınmış rusiyalı gitaraçı, beynəlxalq müsabiqələr laureatı İrina Kulikova-Fellendans Bakıdadır. O, paytaxtda konsert proqramı ilə çıxış edəcək və uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün klassik gitara ixtisası üzrə ustad sinifləri keçəcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, bu gün axşam Kapellhaus Alman-Azərbaycan Cəmiyyətində gitaraçının solo konserti olacaq.

İyunun 9-da isə İrina Kulikova-Fellendans Bakı şəhər T.Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbində uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR