Bank Of Baku

Azərbaycan filmi Almaniyada keçiriləcək beynəlxalq festivalda iştirak edəcək

Azərbaycan filmi Almaniyada keçiriləcək beynəlxalq festivalda iştirak edəcək
# 08 iyun 2011 08:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi iyun 9-dan 13-dək Almaniyanın Deltmold şəhərində keçiriləcək 7-ci Beynəlxalq Detmold kinofestivalının müsabiqə bölməsində Azərbaycanı təmsil edəcək. F.Əhmədovun APA-ya verdiyi məlumata görə, festival çərçivəsində 20-dən artıq ölkənin 52 filmi əsas mükafatlar uğrunda mübarizə aparacaq. Filmin ssenari müəllifi – Esmira Eyyub, quruluşçu operatoru – Fərid Bağırov, montajçısı – Firudin İsmayılov, səs rejissoru – Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir. Film 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunub.

Qeyd edək ki, “Miras” sənədli filmi bir çox beynəlxalq festivallarda mükafatlara layiq görülüb. Fariz Əhmədov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə , SSRİ dövlət mükafatı laureatı A.A. Proşkinin emalatxanasında təhsil alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR